RU

" Atasına hücum edib, məni də döyüb" - türkiyəli müğənni qızının narkoman olduğunu açıqladı

Image

Türkiyəli müğənni Umut Akyürek sosial media hesabında izləyicilərinə müraciət edib. İfaçı 19 yaşlı qızı Melek Balın narkotik istifadəçisi olduğunu bildirərək kömək istəyib: "Bilirsiniz ki, mənim qızımla bəzi problemlərim var. Bir proqramda onun psixoloji pozuntuları olduğunu demişdim. Əslində məsələnin ölçüləri çox fərqlidir, çünki o da narkotikdən istifadə edir. 
Təbii ki, şüurlu deyil, amma az qala ölüm həddinə çatır. Psixolji pozuntusuna görə özünü idarə edə bilmədiyi üçün də məsələ hər cəhətdən dəhşətli yerə çatıb. O, iki dəfə atasına hücum edib, məni də döyüb".

Mətləb





Избранный
8
2
baki-xeber.com

4Источники