RU

Gəncədə baş verən partlayışda yaralananların vəziyyəti necədir? AÇIQLAMA

Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar 3 nəfər (1-i kişi cinsli, 2-si qadın cinsli olmaqla) saat 07:10 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.

Xezerxeber.az TƏBİB-ə istinadən xəbər verir ki, onlara zəruri tibbi xidmətlər göstərilib. Bir nəfər (kişi cinsli) vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi isə davam etdirilir, vəziyyətləri stabildir.

Избранный
5
3
xezerxeber.az

10Источники