Bakı. Trend:
İran ilə İsrail arasında müharibənin başlanmasını yüksək ehtimalolaraq qiymətləndirməliyik.
Trend-in məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziriHakan Fidan bildirib.
"Biz ölkə və region olaraq buna hazır olmalıyıq. Bölgədəmüharibənin yayılması bizim arzuladığımız bir şey deyil", - deyə oqeyd edib.
Nazir əlavə edib ki, region xalqının sabitliyi və təhlükəsizliyiüçün müharibənin olmaması lazımdır.