RU

Bayden Ukraynaya 425 milyonluq yardımı elan etdi

Bayden

21:16

ABŞ administrasiyası Ukraynaya növbəti hərbi yardım paketini açıqlayacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, məsələ ilə bağlı ABŞ Prezidenti Co Baydenin ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı planlaşdırılır.

***

ABŞ Prezidenti Co Bayden Ukraynaya 425 milyon dollarlıq yeni hərbi yardım paketini elan edib.

Bu barədə Ağ Evdən məlumat verilib.

"Bu paketə əlavə hava hücumundan müdafiə vasitələri, yerüstü döyüş sursatları, zirehli texnikalar və Ukraynanın təcili ehtiyaclarını ödəmək üçün lazım olan kritik hərbi sursatlar daxildir", - məlumatda bildirilib.

Избранный
16
6
xalqcebhesi.az

10Источники