RU

Nikita Xruşov BMT-iclasında ayaqqabıları ilə tribunanı vurubmu? - FOTOFAKT

Uzun zamandır Sovet təbliğatının qurbanı olan insanlar inanırlar ki, guya Nikita Xruşov 1960-cı ildə BMT-nin iclasında çıxış edən zaman ayaqqabısını çıxardıb tribunaya döycələyib, SSRİ-ni tənqid edənləri bu üsulla hədələyib. Guya həmin məşhur ayaqqabılar 2007-ci ildə Xruşovun nəvəsi tərəfindən 30 min dollara amerika vətəndaşına satılıb. Bu fake xəbəri də sovet eyforiyasında yaşayanlar da sui -istifadə edirlər ki, sovetlər olmasa idi BMT istədiyini edərdi, Xruşov yeganə adam olub meydan oxuyub dünyaya, nə bilim nə....
Əzizlərim belə hadisə olmayıb, fotolara fikir verin. Xruşovun tribunaya çıxanda əli ilə hədələyib və ayaqqabıdan istifadə etməyib.
Həmin günü BMT iclas zalında mövzu “Macarıstan məsələsi” müzakirə edilirdi. Xruşov zala daxil olanda jurnalistlərdən biri onu ayağını tapdalayır və palçıq izi onun ağ ayaqqabıları üzərində qalır. Xruşov ayaqqabısının bir tayını çıxardır və zala daxil olur. Onun stoluna dərhal təmizlənərək ayaqqabının bir tayı gətirilir və fotoda göründüyü kimi qarşısında durur. Həmin görüşdə iştirak edən “Life” jurnalının fotoqrafı Con Lonqard iddia edir ki, Xruşşov “əlbəttə ki, ayaqqabılarını stolun üstünə döyməyib”, baxmayaraq ki, o, “əlbəttə ki, bunu etmək niyyətində idi”. O, qeyd edir ki, Xruşşov ayaqqabısı stolun üstündə olub və boş əli ilə onu masaya vuracağını göstərib. Zalda olan jurnalistlərin hamısı kameralarını Xruşşova tutaraq onun növbəti hərəkətlərini gözləsələr də, o, ayaqqabısını ayağına taxıb çıxıb getdi. Lonqardın fikrincə, əgər Xruşşov həqiqətən də ayaqqabısını stolun üstünə vursaydı, o zaman fotoqrafların heç biri bu hadisəni qaçırmazdı.
Ertəsi gün “The New York Times” “Xruşşov stolun üstündə ayaqqabısını döyür” başlıqlı məqalə dərc edir və bu xəbəri Sovetlər də ölkə daxilində təbliğ etməyə başlayırlar ki, bəs rəhbər dünyaya ayaqqabısı ilə qalib gəldi. Əslində isə Xruşovun qəzetlərdə dərc edilən fotosu o dövrün ilk professional Fotoşplarından biri idi.
Zaur Əliyev, tarixçi alim
Al
Избранный
6
3
news365.az

4Источники