RU

Sabah yağış yağacaq, tempratur enəcək - XƏBƏRDARLIQ

Bakı. Trend:

Oktyabrın 16-da bəzi yerlərdə arabir yağış yağacağıgözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumatagörə, Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir.Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi,şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında oktyabrın 16-sı axşamdan 20-sigündüzədək qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi,fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrıyerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur,Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran,Lənkəran-Astara) leysan xarakterli intensiv və güclü olacağı, doludüşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağıenəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədənLənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın vəsel keçəcəyi ehtimalı var.

Məqalədə:
Избранный
28
49
az.trend.az

10Источники