RU

Cənubi Qafqaz Boru Kəməri ilə nəql olunan qazın həcmi 17 milyard kubmetrə yaxın olub

Cənubi

Bakı, 15 oktyabr, AZƏRTAC

Yanvar-sentyabr aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 29 milyard 571,2 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 1,28 faiz azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, doqquz ayda qaz nəqlinin 56,8 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə təbii qaz nəqli 2,34 faiz artaraq 16 milyard 802,8 milyon kubmetr təşkil edib.

Избранный
31
17
azertag.az

10Источники