RU

QHT layihəsinin yekun tədbirini keçirdi - FOTOLAR

Oriqami“ uşaq və yeniyetmələr ictimai birliyi bildirir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il kiçik qrant müsabiqəsi çərçivəsində Sabunçu rayonu Maştağa, Nardaran və Bilgəh qəsəbələrində “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsinin icrasını davam etdirir.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, bu barədə layihə rəhbəri N.Nəcəfov bildirib. Onun sözlərinə görə, “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsinin Fəaliyyət Planına uyğun olaraq 11 oktyabr 2024-cü il ildə Sabunçu rayonu Bilgəh qəsəbəsi T.İsgəndərov adına 142 № li tam orta məktəbdə yekun tədbir keçirilib. 11.10.2024-cü il saat 10-00 - da könüllülük prinsipi əsasında, şəxsi həvəs və maraqlarına uyğun olaraq, məktəbin VI,VII,VIII və IX sinif şagirdlərindən ibarət 47 nəfər idman zalına toplaşmışdılar. İdman zalı məktəbin Fiziki tərbiyə muəllimləri Mehdiquliyev S., Əşrəfov T.təşkilatçılığı ilə yekun tədbirin keçirilməsi üçün hazırlanmış, əlavə masa və stullar gətirilmiş, zalda xüsusi təmizlik,səliqə yaradılmışdı. Masaların üstünə şahmat və domino dəstləri qoyulmuşdu. “Oriqami” təşkilatı yekun tədbirdə məktəblilərin rəğbətləndirilməsi üçün Roll up açmış, 20 dəst loqolu papaq və loqolu qısaqol köynək, 20 ədəd iştirakçı Sertifikatı, Vımpel, 11 dəst Şahmat, 11 dəst domino və 5 dəst digər ölçudə şahmat, 20 ədəd hədiyyə çantası və 2 mütəhərrik oyun dəstləri gətirib.

Yekun tədbiri giriş sözü ilə 142 № li tam orta məktəbin direktor əvəzi T.Mahmudova açdı. O şagirdləri daima intellektual səviyyələrini artırmağa, inkişafa çağırdı. Məktəbin TTDM Ş Əmirova çıxış edırək şagirdləri layihənin icrasında fəal iştiraklarına görə təbrik etdi. Sonra yekun tədbirdə iştirak edən 47 şagird öz maraqlarına görə kim isə şahmat oyununa,kim isə böyük domino,kimlərsə qruplara bölünüb komanda domino yarışına qatıldı.Bir qrup şagird çarpaz qollar ətrafında toplaşdılar,layihə rəhbəri N.Nəcəfov oyunun qaydaları barədə onlara təlimat verdi və şagirdlər, böyük coşqu ilə bu maraqlı oyuna qoşuldular.

T.İsgəndərov adına 142 № li tam orta məktəbdə “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar ” layihəsinin yekun tədbirində 47 şagirdə hədiyyələr təqdim edildi. Hədiyyələrin təqdim olunmasında məktəbin direktor əvəzi T.Mahmudova, TTDM Ş.Əmirova, UBTR M.Ağayeva, F/t tərbiyə müəllimi S.Mehdiquliyev, T.Əşrəfov iştirak etdilər. Yekun tədbirin sonunda layihə rəhbəri N.Nəcəfov pedaqoji heyətə və məktəblilərə təhsildə uğurlar arzuladı.

"Cebheinfo.az" 

Избранный
6
6
cebheinfo.az

10Источники