RU

Havaların soyuması, günlərin qısalması insan psixologiyasın necə təsir edir?


Ana səhifə  Sağlamlıq

Xəbər lenti


Alverçilərə bəd, maşın almaq istəyənlərə şad xəbər - Bu, Azərbaycanda da mümkün oldu

00:0614 Oktyabr 2024


Zelenski Şimali Koreyanın Rusiya ordusuna şəxsi heyət göndərdiyini açıqlayıb

23:4113 Oktyabr 2024


Bakıda zibil qutularının yanında baltalanmış kişi tapılıb

23:1713 Oktyabr 2024


Sistemi sındırılmış robot tozsoran sahibini söyüb

23:1113 Oktyabr 2024


TİKA Azərbaycanda həkimlər üçün təlim keçirdi

22:3013 Oktyabr 2024


“Hizbullah” İsrailin hərbi bazasına hücum etdi: ölən və yaralananlar var

22:0813 Oktyabr 2024


Murat Boza telefon və alışqan atdılar - VİDEO

21:5813 Oktyabr 2024


Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq

21:4513 Oktyabr 2024


Bu ölkə neft hasilatını 1,3 milyon barelə kimi artırır

21:3113 Oktyabr 2024


Bakıda 20 yaşlı oğlan küçədə bıçaqlandı

21:1813 Oktyabr 2024


Revmatik xəstəliklərin müalicəsini gecikdirmək ömrü qısaldır

21:0813 Oktyabr 2024


28 yaşlı idmançı qəflətən VƏFAT ETDİ - FOTO

20:4813 Oktyabr 2024


Kursk üzərində Ukrayna raketi məhv edildi

20:3513 Oktyabr 2024


Azərbaycan millisi Belarusda ikinci yoldaşlıq görüşünü keçirib

20:1213 Oktyabr 2024


Bunu müharibə elanı kimi qiymətləndirəcəyik - Pxenyan

19:5113 Oktyabr 2024


Türkiyədən Zəngəzur MESAJI: "Zaman məsələsidir..."

19:3813 Oktyabr 2024


Avropa Kuboku: "Azərreyl" çempion olub

19:2013 Oktyabr 2024


Daha bir cüdoçumuz bürünc medal qazandı

18:5713 Oktyabr 2024


Rusiya hərbçiləri təslim olan 9 ukraynalı əsgəri güllələyib

18:4413 Oktyabr 2024


Şri-Lankada daşqınlar 118 mindən çox insa

"Açıq havada olmaq, gündəlik fəaliyyətləri davam etdirmək və sosial əlaqələri qorumaq insanın özünü yüksək əhval ruhiyyədə hiss etməsinə yardımçı ola bilər. Düzgün qidalanma da depressiya ilə mübarizədə mühüm rol oynayır”.

Bunu TNS-ə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyib.

Psixoloq qeyid edib ki, payızda xüsusilə serotonin səviyyəsini dəstəkləyən qidalar qəbul etmək mənfi ruh halına ciddi şəkildə təsir göstərir: “Payız depressiyası klinik olaraq tanınan bir diaqnoz deyil, amma mövsümi dəyişikliklərin insan psixologiyasına təsiri əlbəttə ki, qaçılmazdır. Payızda ruh halının depressiv hisslərə və davranışlara meylli olmasının əsas səbəbi bədəndə baş verən bioloji və psixoloji dəyişikliklərdir. Bu fəslin başlaması ilə gün işığının azalması bədənin bioloji saatını (sirkadiyan ritmini) pozur və melatonin, serotonin kimi hormonların səviyyəsinə təsir göstərir. Bu hormonlar əhval-ruhiyyəni tənzimlədiyi üçün günlərin qısalması ilə birlikdə insanlar daha yorğun, kefsiz və hətta depressiv hiss edə bilərlər. Serotonin səviyyəsi aşağı düşəndə bu proses, fərdin daha pessimist və depressiv olmasına gətirib çıxarır. Melatonin isə yuxu və oyaqlıq rejimini tənzimləyən hormondur. Gün işığı azaldıqca, melatonin istehsalı artır və insanların daha yorğun, yuxulu hiss etməsinə səbəb olur. Nəticədə insanlar özlərini daha az enerjili və daha passiv hiss edirlər ki, bu da depressiv ruh halını gücləndirir”.

Onun sözlərinə görə, eyni zamanda, havaların soyuması və sosial fəaliyyətlərin azalması da əhval-ruhiyyədə dəyişikliklər yaradır: “İnsanlar daha çox evdə qalmağa və sosial fəaliyyətlərini məhdudlaşdırmağa başlayırlar. Təbiətdəki dəyişikliklər – ağacların yarpaqlarını tökməsi, havanın daha tutqun olması kimi səbəblər də melanxolik atmosferi bilavasitə gücləndirir.

Belə depressiv ruh halının qarşısını almaq üçün gün işığından maksimum istifadə etmək vacibdir. Açıq havada olmaq, gündəlik fəaliyyətləri davam etdirmək və sosial əlaqələri qorumaq, insanın özünü yüksək əhval ruhiyyədə hiss etməsinə yardımçı ola bilər. Düzgün qidalanma da depressiya ilə mübarizədə mühüm rol oynayır. Payızda xüsusilə serotonin səviyyəsini dəstəkləyən qidalar qəbul etmək mənfi ruh halına ciddi şəkildə təsir göstərir. Məsələn, omega-3 yağ turşuları ilə zəngin olan balıq, fındıq və ya kompleks karbohidratlar (tam buğda məhsulları) enerji səviyyəsini və əhvalını yüksəldən qidalardır.

Payız, qış kimi fəsillərdə yuxu rejiminə diqqət yetirmək mütləqdir. Sağlam və nizamlı yuxu rejimi melatonin səviyyələrini tənzimləməyə kömək edir. Hər gün eyni vaxtda yatmaq və oyanmaq, kifayət qədər dincəlmək ruh halını stabilləşdirir. Bu dövrdə diqqət edilməli olan əsas məqamlardan biri, məhz nizamlı olaraq fiziki aktivliyin qorunmasıdır. Belə aktivlik endorfin səviyyəsini artıraraq əhval-ruhiyyəni yaxşılaşdırır. Bilmək lazımdır ki, gün işığına az çıxmaq serotonin səviyyəsini azaldır, buna görə də açıq havada gəzmək və ya idmanla məşğul olmaq xüsusilə depressiv hisslərlə mübarizə zamanı çox faydalıdır. Digər tərəfdən sosial əlaqələri qorumaq - tənhalıq hissini azaltmaq üçün dostlar və ailə ilə vaxt keçirmək, sosial fəaliyyətlərdə iştirak etmək bu mərhələdə əsas həll yollarından biridir.

Son olaraq, istənilən fəsildə motivasiyalı olmaq üçün gündəlik həyatınıza kiçik, əldə edilə bilən hədəflər əlavə etmək özünüzü daha yaxşı hiss etməyinizə kömək edə bilər. Hətta kitab oxumaq, yeni hobbi öyrənmək kimi sadə fəaliyyətlər belə əhval-ruhiyyəni yüksəldən fəaliyyələrdir.

Payız mövsümü təbiətin yenilənməsi və dəyişiklik dövrü olmaqla yanaşı, eyni zamanda insanların da öz həyatlarında yeniliklərə yer açması üçün gözəl bir fürsətdir. Bu fəsil dəyişikliklərlə dolu olsa da, onu fürsət kimi görməyi bacarmaq lazımdır. Özünüzü ruhdan salmaq əvəzinə, ilin hər dönəmində olduğu kimi, bu fəsildən həyatınızı yenidən qiymətləndirmək, məqsədlərinizi təzələmək və yeni vərdişlər yaratmaq üçün istifadə edin. Həyatın hər mərhələsində özünüzü sevməyi bacarın, kiçik irəliləyişlərə sevinin və təbiətin ritminə uyğun olaraq enerjinizi balanslaşdırmağa çalışın. Unutmayın ki, hər mövsüm kimi payız da gözəllik və yeni fürsətlər gətirir”.


Избранный
62
news24.az

1Источники