RU

18 tələbə dönərdən zəhərlənib - (Yenilənib)

18

Qazax rayonunda 18 tələbə dönərdən zəhərlənib.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, hadisə Bakı Dövlət Universitetinin Qazax şəhərində yerləşən filialının bufetində qeydə alınıb.

Dönər yeyərək zəhərlənmiş tələbələr Sabirabad rayon sakini 2003-cü il təv. Ö. Rüstəmov, Tovuz rayon sakinləri 2007-ci il təv. F. Rzayevaya, 2001-ci il təv. İ. Niyazovaya, Gəncə şəhər sakini 2007-ci il təv. F. Süleymanovaya, Yevlax rayon sakini 2005-ci il təv. F. Nəsibovaya, Ağstafa rayon sakinləri 2000-ci il təv. Ş. Məmmədovaya, 2005-ci il təv. N. Hacıyevə, Daşkəsən rayon sakini 2005-ci il təv. C. İsrafilova, Mingəçevir şəhər sakini 2007-ci il təv. S. Əliyevaya, Şəmkir rayon sakini 2004-cü il təv. N. Əmirovaya, Beyləqan rayon sakini 2004-cü il təv. R. Mədətova, Ağcabədi rayon sakini 2005-ci il təv. M. Qasımovaya, Şamaxı rayon sakini 2003-cü il təv. N. Məlikova, Qazax şəhər sakini 2006-cı il təv. R. Məmmədliyə, Gədəbəy rayon sakini 2005-ci il təv. G. Bağırovaya, Kəlbəcər rayon sakini 2005-ci il təv. M. Şahbazova, Goranboy rayon sakinləri 2004-cü il təv. O. Cəfərova və 2005-ci il təv. A. İsgəndərovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Bakı Dövlət Universitetinin Qazax filialının bufetində baş verən zəhərlənmə faktı araşdırılır.

Reyting.az
-ın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildiriblər.

Məlumatda qeyd olunur ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək.

***

Qazax rayon prokurorluğunda Bakı Dövlət Universitetinin Qazax filialının yeməkxanasında 18 tələbənin qida zəhərlənməsi şübhəsi ilə bağlı araşdırma aparılır.


Baş Prokurorluğun mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanadakı qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Избранный
16
23
reyting.az

10Источники