AZ

Qazaxda 18 nəfər zəhərlənib - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB - 3

Oktyabrın 10-u saat 19 radələrində Qazax şəhəri ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının yeməkxanasında 18 nəfər tələbənin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanadakı qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub. Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş 18 tələbə ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb.

***

10.07

10.10.2024-cü il tarixində saat 19:00-dan başlayaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 18 nəfər (7 kişi, 11 qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə müraciət edib.

Bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
 
"Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 16 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 2 nəfərin müalicəsi Təcili tibbi yardım bölməsində davam etdirilir, vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", - məlumatda qeyd olunub.

***

09:58

Qazaxda baş verən zəhərlənmə hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq AQTA-dan bildirilib.

"Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd edilib.

***

09:52

Qazaxda 18 tələbənin dönərdən zəhərləndiyi bildirilib.

İqtisadiyyat.az "Report"a istinadən xəbər verir ki, Qazax şəhər ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının bufetində dönər yeyərək zəhərlənmiş tələbələr Sabirabad rayon sakini 2003-cü il təv. Ö. Rüstəmov, Tovuz rayon sakinləri 2007-ci il təv. F. Rzayevaya, 2001-ci il təv. İ. Niyazovaya, Gəncə şəhər sakini 2007-ci il təv. F. Süleymanovaya, Yevlax rayon sakini 2005-ci il təv. F. Nəsibovaya, Ağstafa rayon sakinləri 2000-ci il təv. Ş. Məmmədovaya, 2005-ci il təv. N. Hacıyevə, Daşkəsən rayon sakini 2005-ci il təv. C. İsrafilova, Mingəçevir şəhər sakini 2007-ci il təv. S. Əliyevaya, Şəmkir rayon sakini 2004-cü il təv. N. Əmirovaya, Beyləqan rayon sakini 2004-cü il təv. R. Mədətova, Ağcabədi rayon sakini 2005-ci il təv. M. Qasımovaya, Şamaxı rayon sakini 2003-cü il təv. N. Məlikova, Qazax şəhər sakini 2006-cı il təv. R. Məmmədliyə, Gədəbəy rayon sakini 2005-ci il təv. G. Bağırovaya, Kəlbəcər rayon sakini 2005-ci il təv. M. Şahbazova, Goranboy rayon sakinləri 2004-cü il təv. O. Cəfərova və 2005-ci il təv. A. İsgəndərovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
9
23
iqtisadiyyat.az

10Mənbələr