Bakı. Trend:
Qazaxda dönərdən zəhərlənən tələbələrlə bağlı AQTAaraşdırmalara başlayıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq AzərbaycanRespublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA)bildirilib.
"Baş verən hadisənin səbəbləri, həmçinin qidazəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan RespublikasınınQida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiqqurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək", - deyəqurumdan deyilib.
Qeyd edək ki, oktyabrın 10-da saat 19:00-danbaşlayaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 18 nəfər (7kişi, 11 qadın olmaqla) zəhərlənmə şübhəsilə müraciət edib.