Qazaxda 18 tələbə dönərdən zəhərlənib. Yeniavaz.com xəbər verir, bu barədə APA məlumat yayıb. Bildirilib ki, onlar oktyabrın 10-u saat 19 radələrində Qazax şəhərinin ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının bufetində dönər yeyərək zəhərləniblər: “Zəhərlənən tələbələrə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır”.