RU

Rusiya Suriyada terrorçulara zərbə endirdi

Rusiya hərbi aviasiyası Suroyada əl-Tanf zonası yaxınlığında terrorçulara hücum edib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Suriyada Döyüşən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin (CPVS) rəis müavini, birinci dərəcəli kapitan Oleq İqnasyuka məlumat yayıb.

“Suriya silahlı qüvvələrinin komandanlığı Rusiya qoşun qrupunun dəstəyi ilə Homs və Deyr-əz-Zor əyalətlərinin dağlıq səhra ərazilərində kəşfiyyat və axtarış əməliyyatlarını davam etdirir . Son 24 saat ərzində Rusiya Aerokosmik Qüvvələri Əl-Tanf zonasını tərk edən terrorçuların iki bazasına zərbələr endirib”, - İqnasyuk bildirib.


Müəllif: Arzu
Избранный
65
8
teleqraf.com

9Источники