RU

İraqda İŞİD liderlərindən biri məhv edildi

İraqın təhlükəsizlik qüvvələri ölkənin şimalında yerləşən Salah əd-Din əyalətində fəaliyyət göstərən "İraq Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının liderlərindən birini məhv edib.

Sitat.info Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb.

Birgə Əməliyyatlar Komandanlığının bəyanatında deyilir ki, İraq Hərbi Hava Qüvvələrinin hücumundan sonra Salah əd-Din bölgəsində İŞİD üzvü olan dörd terrorçunun cəsədi aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyən edilməsi zamanı məlum olub ki, öldürülənlərdən biri "İŞİD tərəfdarları arasında "Salah əd-Din əyalətinin qubernatoru" adlandırılan Əbu Ömər əl-Qureyşidir.

Избранный
7
16
sitat.info

10Источники