RU

Sabahdan Livandan türkiyəlilərin təxliyəsi başlayır

Livanı tərk etmək üçün müraciət edən Türkiyə vətəndaşları sabah dəniz yolu ilə təxliyə olunacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Livanı tərk etmək üçün müraciət edən Türkiyə vətəndaşlarının dəniz yolu ilə təxliyəsinin oktyabrın 9-da həyata keçiriləcək və bu çərçivədə Türkiyə Hərbi Dəniz Qüvvələrinə aid iki gəminin Beyruta yola düşməsi gözlənilir. vakansiya

Gəmilərin ümumi tutumu təxminən 2 min sərnişindir. Təxliyə prosesi ilə bağlı təfərrüatlar indiyədək Konsulluqun Zəng Mərkəzi ilə əlaqə saxlayan vətəndaşlarımızla da paylaşılacaq. Lazım gələrsə, növbəti günlərdə təxliyə prosedurları davam etdiriləcək. 


Telegram kanalımız
Избранный
27
7
yenisabah.az

9Источники