RU

Plastik əşya panikası: Evdəki bütün qabları dəyişdirmək lazımdır? -  Onkoloq cavab verir

Plastik Plastik əşya panikası: Evdəki bütün qabları dəyişdirmək lazımdır? -

"Plastik əşyaların xərçəng şişinin inkişafına səbəb olması nəzəriyyəsi heç kim tərəfindən sübut edilməyib".

E-saglam.az-ın news.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə Rusiya Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzinin Klinik Onkologiya İnstitutunun baş elmi işçisi, tibb elmləri namizədi Yevgeni Çeryomuşkin bildirib.

Onun sözlərinə görə, bu materialın istehsalına başlamazdan əvvəl çoxlu araşdırmalar aparılır:

"Orqanizmimizə düşən mikroskopik elementlərin birbaşa müəyyən bir şişin yaranmasına səbəb olduğunu heç kim sübut etməyib. Şübhəsiz ki, plastikin bir hissəsi orqanizmimizə düşür, lakin hələlik evdəki bütün plastik əşyaları dəyişdirmək üçün panikaya düşmək lazım deyil. Hər hansı bir şeyin istehsalına başlamazdan əvvəl çoxlu araşdırmalar aparılır. Heç kim bunun mümkün olmadığını inkar etmir - hər halda sintetik materialdır, lakin hələlik bu deyilənlər əsasən şayiələrdir".

Mütəxəssis vurğulayıb ki, plastikin xərçəngin inkişafına təsiri ilə bağlı müzakirələr hələ də davam edir.

"Hələlik istifadə edilməsi mümkün olmayan bəzi plastik növlərinin mövcud olduğu dəqiq məlumdur. Kanserogen effektə malik kimyəvi maddələr ifraz edən materialın hətta qab-qacaq istehsalında istifadəsinə məhdudiyyətlər qoyulur", - deyə onkoloq vurğulayıb. (Oxu.az)

E-saglam.az

Избранный
15
2
e-saglam.az

10Источники