RU

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var

Şəkidə minik avtomobili beton maneəyə çırpılıb, qadın sərnişin xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm- İsmayıllı- Şəki avtomobil yolunun Şəki rayonunun Qırxbulaq kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı beton maneəyə çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişin 27 yaşlı Leyla Məmmədli xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
16
6
apa.az

10Источники