RU

Elvin Camalov zədə aldı, milli komandanın heyətindən çıxarıldı

“Sabah”ın kapitanı Elvin Camalov futbol üzrə Azərbaycan milli komandasının oktyabr toplanışında iştirak etməyəcək.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, Azərbaycan yığmasının heyətində dəyişiklik baş verib. Millimizin üzvü Elvin Camalov klubu “Sabah”ın heyətində zədələndiyi üçün heyətdən çıxarılıb. Onun əvəzinə “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Vadim Abdullayev yığmaya dəvət alıb.

Xatırladaq ki, milli komandamız UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də Tallində Estoniya yığması ilə üz-üzə gələcək. Oktyabrın 14-də isə komanamız Bakıda Slovakiya seçməsi ilə qarşılaşacaq.

Избранный
29
11
arena.az

10Источники