“Turan Tovuz” Azərbaycan Premyer Liqasının IX turunda “Zirə”ni məğlub edib.
Msport.az xəbər verir ki, doğma meydanda paytaxt təmsilçisini qəbul edən Qurban Berdiyevin komandası minimalhesablı qələbəyə sevinib.
Qarşılaşmanın final fitinə 1 dəqiqə qalmış rəqib qapısına yol tapan Faiq Hacıyev komandasına 3 xal qazandırıb.
Bu qalibiyyət sayəsində xallarının sayını 18-ə çatdıran “Turan Tovuz” turnir cədvəlinin birinci sırasında yer alan “Qarabağ”a şərik olub.
15 xala malik “Zirə” isə dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında “Kəpəz” “Neftçi”ni 4:3, “Səbail” “Şamaxı”nı 2:0 hesabı ilə məğlub edib. “Sabah” – “Araz-Naxçıvan” oyunu isə heç-heçə yekunlaşıb – 1:1.