RU

MDB ölkələrinin başçıları Moskvada bir araya gələcəklər


Oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının növbəti iclası keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dövlət başçıları MDB çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparacaq və 2025-ci ildə Birliyə sədrlik barədə qərar qəbul edəcəklər.
Zirvə toplantısında, həmçinin 1941-1945-ci illər Böyük Vətən Müharibəsində sovet xalqının Qələbəsinin 80 illiyi ilə əlaqədar Birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciətin müzakirəsi və qəbul edilməsi, həmçinin, Müstəqil Dövlətlər Birliyinə üzv Dövlətlərin Parlamentlərarası Assambleyasının inteqrasiya əməkdaşlığının gücləndirilməsi istiqamətində fəaliyyəti və gündəlikdə duran digər məsələlər.
Dövlət başçıları növbəti üç il üçün Birliyin mədəniyyət paytaxtlarının elan edilməsi haqqında qərarlar imzalayacaq, hüquqi sahədə, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığa dair bir sıra sənədlərə düzəlişlər edəcəklər.
İclasda MDB dövlət başçılarının da bir sıra bəyanatlarının qəbul ediləcəyi gözlənilir.
Onu da bildirək ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyevin sabah MDB Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün Moskvaya işgüzar səfər edəcəyi açıqlanıb. Digər dövlət başçılarının səfəri ilə bağlı məlumat açıqlanmayıb.
Избранный
23
yeniavaz.com

1Источники