RU

"Real" Karvaxal ilə müqaviləni uzadıb

İspaniya futbol klubu “Real Madrid”in müdafiəçisi Daniel Karvaxal ilə 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş yeni müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat verib.

Xatırladaq ki, Karvaxal İspaniya çempionatının doqquzuncu turunda "Vilyarreal"a qarşı matçın (2:0) ikinci hissəsinin əlavə vaxtında dizinin çarpaz bağını zədələyib. Müdafiəçi meydanı xərəkdə tərk edib.

32 yaşlı futbolçu 2013-cü ildən “Real Madrid”də çıxış edir. Bu müddət ərzində Karvaxal klub üçün 426 oyun keçirib, 14 qol vurub və 65 məhsuldar ötürmə edib. İspan klubu ilə müdafiəçi altı dəfə Çempionlar Liqasının qalibi olub, dörd dəfə İspaniya çempionatında və ölkə superkubokunda qalib gəlib. Həmçinin ispaniyalı iki dəfə milli kubok qazanıb və beş dəfə klublar arasında dünya çempionatının qalibi olub.

"Cebheinfo.az" 

Избранный
8
4
cebheinfo.az

10Источники