AZ

“Real” zədəli futbolçusu ilə müqaviləni yenilədi

İspaniyanın “Real” klubu müdafiəçisi Daniel Karvaxalla 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş yeni müqavilə bağlayıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib.

Xatırladaq ki, Karvaxal İspaniya çempionatının 9-cu turunda “Vilyarreal”a qarşı matçın (2:0) ikinci hissəsinin əlavə vaxtında dizinin çarpaz bağını zədələyib. Müdafiəçi meydanı xərəkdə tərk edib.

32 yaşlı futbolçu 2013-cü ildən “Real”da çıxış edir. Bu müddət ərzində Karvaxal klub üçün 426 oyun keçirib, 14 qol vurub və 65 məhsuldar ötürmə edib.

Seçilən
4
5
futbolinfo.az

10Mənbələr