RU

Qlobal Şahmat Liqası: Məmmədyarovun komandası liderdir

Londonda Qlobal Şahmat Liqası davam edir.

Şəhriyar Məmmədyarovun heyətində yer aldığı komanda lider mövqeyində qərarlaşıb.

"Alaskan Knights" 4 turdan sonra 12 xal toplayıb. Komanda son turda "Ganges Grandmasters"i 4,5:1,5 hesabı ilə məğlub edib. Şəhriyar iranlı rəqibi Parham Paqsudluya qalib gəlib.

Teymur Rəcəbovun çıxış etdiyi "Triveni Continental Kings" də turu qələbə ilə başa vurub. Onlar "American Gambits"dən 4,5:1,5 hesabı ilə güclü olublar. Rəcəbov Yu Yanqi (Çin) xalları yarıya bölüb. Hesabında 7 xal olan "Triveni Continental Kings" ikinci pillədə yer alıb.

Избранный
4
2
cbcsport.az

3Источники