RU

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

İsrail Hərbi Hava Qüvvələrinin Qəzzada Deyr əl-Bələh şəhərində İbn Ruşd məktəbinə və Şuhada al-Aksa məscidinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

Hava hücumu zamanı 93 nəfər yaralanıb.

Məktəb və məsciddə yüzlərlə məcburi fələstinli köçkün olub.

Qeyd edək ki, İsrail Ordusu Deyr əl-Bələh şəhərində HAMAS-ın komanda mərkəzinə zərbə endirdiyi barədə məlumat yayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
4
3
milli.az

4Источники