RU

Zaqatalada mağaza yandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Zaqatalada qarışıq mallar mağazasının anbarında yanğın olub.
APA-nın məlumatına görə, gecə saat 03 radələrində rayonun Yuxarı Tala kəndi ərazisində Anar Qurban oğlu Qurbanova məxsus qarışıq mallar mağazasına aid ümumi sahəsi 60 kvadratmetr olan iki anbarda yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində hər iki anbarın yanar konstruksiyaları, içərisində olan avadanlıq və ərzaqla birlikdə yanıb. Mağaza və anbarın arasında qoyulan bankomat və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Избранный
23
7
oxu.az

10Источники