RU

Luis Suares Marselo Byelsanı tənqid etdi: “Adam salam da vermir”

Uruqvay yığmasının keçmiş hücumçusu Luis Suares “seleste”nin baş məşqçisi, argentinalı mütəxəssis Marselo Byelsanı tənqid edib.

Arena.az ESPN şəbəkəsinin “DirectTV” televiziyasının efirinə istinadı əsasında, Suaresin bu barədə fikrini təqdim edir:

“Amerika Kubokunda məni incidən vəziyyətlər yaşandı. Toplanışda bir çox oyunçu məşqçidən heç olmasa onlara “sabahınız xeyir” diləməsini istədi, amma o, salam belə, vermirdi.

Byelsa konfranslar verdi və insanlar haqqında gözəl xüsusları dilə gətirdi, amma o, Nyu-York gəzintisində ikən bizdən insanlarla salamlaşmaq üçün dayanmamağımızı istədi. Sonra ayağa qalxıb dedim ki, onsuz da biz bunu edəcəyik.

Milli komandadan getməzdən əvvəl Byelsa ilə beş dəqiqəlik söhbətim oldu, yekunda o, mənə yalnız bunu dedi: “Çox sağ ol”.

Azarkeşlərdən xahiş etmək istərdim ki, əgər 2026-cı il dünya çempionatına vəsiqə uğrunda nəsə baş tutmasa, oyunçuları söyməsinlər, çünki Byelsa komandanı hətta məşq tərzinə görə də bölürdü”, deyə Luis Suares vurğulayıb.

69 yaşlı Marselo Byelsa Uruqvay yığmasını 2023-cü ilin may ayından çalıdırır. Uruqvay yığması sükanını argentinalı mütəxəssisə 2025-ci ilin dekabr ayının sonuna qədər etibar edib. “Seleste” Byelsanın rəhbərliyi altında 17 oyun keçirib, 11 qələbə, 3 heç-heçə və 3 məğlubiyyət yaşayıb. Topların fərqi isə 42:17 nisbətindədir.

Byelsa ötkəm xasiyyəti ilə tanınır. Argentinalı mütəxəssis məşqçilik fəaliyyətinə 1982-ci ildə “Nyuells Old Boyz”da başlayıb. Byelsanın əlindən “Atlas” (Qvadalaxara), “Amerika” (Mexiko), “Veles Sarsfild”, “Espanyol”, Argentina və U-23 yığması, Çili yığması, “Atletik” (Bilbao), “Olimpik” (Marsel), “Latsio”, “Lill”, “Lids”, həmçinin Uruqvayın U-23 yığması keçiblər.

Избранный
27
arena.az

1Источники