RU

250-dən çox britaniyalı Livandan təxliyə olunub

Britaniya hökumətinin təşkil etdiyi çarter reysləri ilə indiyədək 250-dən çox Böyük Britaniya vətəndaşı Livandan təxliyə edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, sonuncu çarter reysi oktyabrın 6-da Beyrutdan yola düşəcək. Hökumət əlavə uçuşların planlaşdırılmadığını açıqlayıb. Səbəb olaraq tələbin əhəmiyyətli dərəcədə azalması göstərilib. Bununla belə, vəziyyətin davamlı olaraq nəzarətdə saxlanacağı vurğulanıb.

Избранный
7
2
yeniazerbaycan.com

3Источники