RU

Mahir Emreli Almaniyada qol hesabını aça bilərdi, ancaq… – VİDEO

Almaniya 2-ci Bundesliqasında 8-ci turun oyunları keçirilir.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” doğma meydanda “Pröyssen Mönster”i qəbul edib. Qarşılaşma Miroslav Klozenin rəhbərlik etdiyi kollektivin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 27 yaşlı forvard matça start heyətində başlayıb. Azərbaycanlı futbolçu 72-ci dəqiqədə əvəzlənib.

Xallarını 10-a yüksəldən “Nürnberq” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Избранный
6
1
idmanxeber.az

2Источники