RU

Rahil Polşa çempionatında məğlubiyyətə üzüldü

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun çıxış etdiyi “Radomyak” Polşa çempionatında növbəti matçını keçirib.

Fanat.Az xəbər verir ki, Radom təmsilçisi 11-ci turda “Rakuv”u qəbul edib.

Rahilin komandası doğma meydanda 0:2 hesabıyla uduzub. Futbolçumuz bu görüşün iştirakçısı olub. Start heyətində meydana çıxan Rahil sonadək oynayıb.

“Radomyak” hazırda turnir cədvəlində 9 xalla 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.

Избранный
5
fanat.az

1Источники