RU

Qaxda avtomobil çökəkliyə düşdü

Ötən gün Qax rayon sakini idarə etdiyi avtomobili yolun kənarındakı çökəkliyə aşırıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Qıpçaq kəndi ərazisində qeydə alınıb. Belə ki, rayonun İngiloy Kötüklü kənd sakini, 34 yaşlı Slava Berikaşvili idarə etdiyi “Nissan” markalı avtomobillə hərəkətdə olarkən maşın idarəetmədən çıxaraq yolun kənarındakı çökəkliyə aşıb.

Hadisə şahidlərinin köməyi ilə sürücü avtomobildən çıxarılaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müxtəlif bədən xəsarətləri alan sürücünün müalicəsi davam etdirilir.

İlkin araşdırmalarla məlum olub ki, avtomobili içkili vəziyyətdə idarə edən sürücü həm də sərt döngədə sürət həddini gözləmədiyindən qəza baş verib.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Избранный
10
9
bizim.media

10Источники