RU

“Barselona”nın 17 yaşlıfutbolçusu oldu - Sentyabrın ən yaxşısı

İspaniya La Liqasında sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, ötən ayın ən yaxşısı adına “Barselona”nın futbolçusu Lamin Yamal layiq görülüb.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

17 yaşlı vinger səsvermədə Kilian Mbappe (“Real”), İnyaki Uilyams (“Atletik”), Covani Lo Selso (“Betis”) və Karlos Visenteni (“Alaves”) qabaqlayıb.

Lamin Yamal sentyabr ayında “Barselona”nın heyətində ölkə çempionatında meydana çıxdığı 4 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Избранный
66
sportinfo.az

1Источники