RU

Yadplanetlilər insanlara mesaj göndərir, əlaqə qurmağa çalışırlar - Foto

Yadplanetlilər

Yadplanetlilər yüksək səviyyəli və qeyri-adi kosmik texnologiyalardan istifadə etməklə Yer planetinin sakinləri ilə əlaqə saxlamağa cəhd göstərirlər. Mümkündür ki, onlar uzaq planetlərdən, kosmosun ənginliklərindən bizi eşidib əlaqəyə girmək, insanlarla danışmaq üçün hətta zənglər də edirlər. Alimlərin ehtimalına görə, ola bilsin, yadpalentlilər insanlara mesaj göndərmək, birbaşa əlaqə qurmaq üçün kosmik kvant telefonları ilə zəng də vururlar, lakin biz onları eşitmirik.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, təxmin edildiyi kimi, yadplanetli radio dalğaları ilə daima səs-küy salmalı olan qalaktikada qəribə olsa da, kosmos çox sakit görünür.

Yeni aparılan araşdırmalara görə, mümkündür ki, yadplanetlilər bizim istifadəmizdə onlara cavab vermək imkanı olan texnologiyaların olmadığını anlayırlar.

Uzun illərlə aparılan axtarışların nəticəsi göstərir ki, ulduzların arasında insan olmayan zəkanın ən kiçik gurultunu çıxarmaq gücündə olmadığına dair çoxsaylı inandırıcı izahatlar var. Lakin bunların elmi məntiqə söykənməyən bir nəzəriyyə olduğunu iddia edən Edinburq Universitetinin nəzəri fizika üzrə alimi Letem Boyla görə, qeyri-adi şüurlu varlıqlar kimi yadplanetlilərin mövcudluğu tamamilə məntiqə uyğundur.

Boylanın fikrincə, yadplanetlilər var, həm də onlar insanlar, Yer planeti barədə yetərincə biliyə, məlumatlara malikdirlər.

Alimin sözlərinə görə, yadplanetlilər rabitəötürmə qabiliyyətini artırmaq üçün hətta kubitlərdən də istifadə edə bilərlər.

"Əslində, ulduzlararası kvant rabitəsininmümkünlüyü çox maraqlıdır, çünki o, həm də ulduzlararası əlaqələr anlayışını əsaslı şəkildə genişləndirir",- deyən alim öz elmi məqaləsində belə bir izah da verib.

Araşdırmalar göstərir ki, əgər həqiqətən də Kvant rabitəsi mövcud olarsa, bu fakt bizim planetimizdə qabaqcıl texnologiya üçün böyük qələbə ola bilər. Lakin proses özü ziddiyyətlidir, çünki əsas olaraq tam diqqət mərkəzində olan, həmçinin tədqiq edilən aparat təkmilləşdirmələri olmadan onu aşkar etmək qeyri-mümkündür.



Kvant nəzəriyyəsi həm də imkan verəcək ki, kvant telefonları icad etməklə klassik rabitə mesajı ötürmək üçün fizika elminə məlum olan elektromaqnit dalğalarının əsas xüsusiyyətlərindən istifadə etmək mümkün olsun.

Məqalədə deyilir: "Fotonların sayı və ya tezliyi kimi xüsusiyyətləri dəyişdirməklə, bizim kimi texnoloji növlərə işıq sürəti ilə səsləri, təsvirləri, həmçinin istənilən formada mətnləri ötürməyə imkan verən, böyük ulduzlararası fəzalarda oxunaqlığı qalan məlumatları ötürmək mümkündür.

Kvant mexanikası və ehtimal riyaziyyatını hissəciklərin necə işlədiyini diktə edəcək qanunlarla birləşdirmək, həm də obrazlı desək, klassik fizikanın qumar masasında görüşdüyü yerə bənzəyir. Yəni çox böyük şans olduğu qədər həm də şübhə var.

Kainatın qəribə mənzərəsinə əsaslanaraq deyə bilərik ki, işıq dalğaları qeyri-səlis vəziyyətlərdə mövcud ola bilər. Lakin bu proses onların talelərini bir-birinə elətərzdə qarışdırır ki, nəticə olaraq onların xüsusiyyətlərinin cəmi hesablamaları ilə, müşahidələrlə, həmçinin rabitə, hətta informasiyanın teleportasiyası üçün fərdi fotonların proses zamanı təkbaşına edə bilməyəcəyi üsullarla istifadə olunmasınaşərait yaransın. Beləliklə, baş verənlərə nəzər yetirib diqqətlə araşdırdıqda məlum olur ki, bütün bunlar ağlasığmaz görünsə də mümkündür və heç nə nizamsız, nəzarətsiz baş vermir. Ola da bilsin ki, bu proseslər həm Yer kürəsi, həm də insanlarla açıq əlaqələr qurmaq istəyində olan yadplanetlilərin yüksək elmi biliklər, eləcə də laborator praktika qazanmasına, kvant telefonlarına malik olmasının daha bir sübutudur. Çox güman ki, onlar daim kainatdakı prosesləri izləyir və yeni-yeni kəşflər etməklə öz kosmik texnologiyalarını inkişaf etdirirlər”.

Alimlərin fikrincə, aparılan təcrübələr göstərir ki, fotonun bu qeyri-səlis ehtimal vəziyyəti olduqca təsiredici məsafələrdə toxunulmaz qalır. Belə bir elmi ehtimal ulduzlararası kvant şəbəkələri konsepsiyasını prinsipcə tam mümkün edir.

Boyl bildirib ki, o, yadplanetlilərin klassik rabitə texnologiyasına qarşı işığın kvant təbiətindən necə istifadə edə biləcəyini nəzərdən keçirmək üçün hər birinin geniş məlumat tutumunu və bilərəkdən yanlış yaratmaqla klassik vasitələrdən texnoloji baxımdan fənd kimi istifadə etdiklərinin qənaətindədir.

Qeyd edək ki, Boyl prosesləri öyrənmək üçün işığın kvant birləşdirilmiş ötürülmələrini poza biləcək müxtəlif yolları müqayisə edib.

Alim məqaləsində yazır: "Radio siqnalının istənilən məsafəyə dəqiq ötürülməsi həm də həmin qəbuledicinin işıq dalğalarının minimum vəziyyətdə kiçik bir hissəsini qəbul etməsindən asılıdır. Bu məsələlərə teorik yanaşsaq, tək bir foton, yol boyu boşluqda itən işıq dalğaları üçün ehtiyat hissələri buraxmaqla, bazadakı mövcud informasiyanın əhəmiyyətli hissəsini ötürməyə qadirdir".

Alimin fikrincə, bu, kvant rabitəsi ilə bağlı deyil, burada tək bir ötürülmə çoxlu fotonları əhatə edir, mesajın dəqiq təfsir edilməsi üçün isə tamamilə çoxluğu orijinal vəziyyətində qəbul etməlidir.

Nəzəri fizika üzrə alimin hesablamalarına görə, ehtimal olunan yadplanetlilərin səyahəti zamanı yerlə əlaqə yaratmaq üçün onları təmin edə biləcək və kifayət qədər sayda kvant vəziyyətinin tamamilə toxunulmaz qalması şərti ilə mütləq mənada ötürücü və qəbuledici antenaların eni ən azından 100 kilometrdən çox olmalıdır.

Bütün bunlarla yanaşı nəzəri Boyl əmindir ki, yadplanetlilər və ya başqa planetlərdə yaşayan varlıqlar, həm də yüksək səviyyədə kosmik düşüncəyə malik şüur sahibləri böyük ehtimalla, dəfələrlə Yer kürəsinin müxtəlif nöqtələrinə kvant telefonu vasitəsi ilə mesaj göndəriblər.

Oqtay QORÇU
Избранный
41
reyting.az

1Источники