RU

Mahir Emreli oynadı, "Nürnberq" qələbə qazandı

Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" Almaniya II Bundesliqasında növbəti oyununu keçirib.

"Operativ Media" xəbər verir ki, azərbaycanlı futbolçunun komandası 8-ci tur çərçivəsində səfərdə "Preussen Munster"i qəbul edib.

Görüş Nürnberqin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Oyuna 11-likdə başlayan Mahir 72-ci dəqiqədə əvəzlənib.

Bu qələbədən sonra "Nürnberq" 10 xalla 10-cu pillədə qərarlaşıb.

Избранный
13
2
operativmedia.az

3Источники