Bakı, 5 oktyabr, AZƏRTAC
Çimərlik futbolu üzrə Azərbaycan millisi İspaniyanın Kadis şəhərində keçirilən dünya çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.
AZƏRTAC xəbər verir ki, A qrupunda mübarizə aparan yığma Gürcüstanla üz-üzə gəlib. Qarşılaşma Azərbaycan seçməsinin 7:2 hesablı qələbəsi ilə başa çatıb.
Sahib Məmmədovun rəhbərlik etdiyi kollektiv ilk turda İngiltərəni 4:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Azərbaycan millisi qrupda son oyununu oktyabrın 7-də İspaniyaya qarşı keçirəcək.