RU

Kərəmdən 5 matçda 4 qol

Portuqaliyanın "Benfika" klubunun yeni transferi Kerem Aktürkoğlu uğurlu çıxışı ilə diqqət çəkir.

"Cebheinfo.az" xəbər verir ki, türk futbolçu yeni komandasında qollarına davam edir.

O, "Benfika"da meydana çıxdığı 5 matçda 4 qol vurub, 2 məhsuldar ötürmə edib. 

Türkiyəli ulduz atdığı qollarla komandasının qələbələrinə böyük töhfə verir. 

Kərəm bu performansı ilə qısa zamanda azarkeşlərin də sevimlisinə çevrilməyi bacarıb. 

Избранный
23
cebheinfo.az

1Источники