RU

“X” sosial şəbəkəsi işinin bərpası üçün Braziliya 5 milyon dollar cərimə ödəyib

İlon Maska məxsus “X” sosial şəbəkəsi Braziliyada cərimə ödəyib və ölkədə fəaliyyətini bərpa etmək üçün icazə almaq niyyətindədir.

“Report” bu barədə “Reuters”ə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, sentyabrın 26-da şirkət hakimiyyətin tələblərini yerinə yetirmək qərarına gəlib və məhkəmədən respublikada qoyulan qadağanın aradan qaldırılmasını istəyib. Bununla belə, Ali Məhkəmənin hakimi Alexandri Di Morais qərar verib ki, “X” əvvəlcə 5 milyon dollardan çox cərimə ödəməlidir.

ABŞ şirkətinin hüquqşünaslarının təqdim etdiyi sənədə görə, ümumilikdə 28,6 milyon real (5,24 milyon ABŞ dolları-red) məbləğində ödənişlər artıq edilib.

"X Brasil” istifadəçilərinin milli ərazidə sərbəst çıxışı üçün platformanın blokdan çıxarılmasını xahiş edir", - “Reuters” onların bəyanatının mətnindən sitat gətirir.

Избранный
6
9
far.az

10Источники