RU

Məşhur aktyor Coker rolunu oynamaq üçün nələrdən keçməli olub?

Coker rolunu oynamaq üçün məşhur aktyor Xoakin Feniks ciddi fiziki və psixoloji transformasiyadan keçməli olub.

seher.media xəbər verir ki, bu barədə "Championat" məlumat yayıb.

Baş rollarda Xoakin Feniks və Ledi Qaqanın çəkildiyi "Coker: İkinəfərlik dəlilik" filmi nümayiş olunub. Çəkilişlərə hazırlıq prosesində sənətçi tanınmaz dərəcədə dəyişib.

Feniks həmişə mükəmməl təbəssüm sahibi olub, lakin psixopat rolu üçün təbəssümünün təbii olmasına nail olmaq üçün diş həkiminə getməli olub. Hollivud stomatoloqu Con Maraşi Xoakin üçün xüsusi sarımtıl rəngli kapalar hazırlayıb.

Bundan əlavə, Cokerə çevrilmək üçün aktyor çox arıqlamalı olub. Feniks ciddi pəhriz saxlayıb, bu müddət ərzində onun qida rasionu yalnız bişmiş tərəvəzlər və təzə kahıdan ibarət olub. Aktyor etiraf edib ki, o, rejissoru bu rejimi yumşaltmağa razı salmağa çalışıb, amma sonda bütün şərtlərlə razılaşıb.

Избранный
18
1
seher.media

10Источники