Finlandiyanın birinci divizionunda TPS və "Yaro" komandaları arasında keçirilən matç yarımçıq qalıb.
Fanat.Az "Yle"-yə istinadən xəbər verir ki, buna azarkeşlərin şovinist qışqırıqları səbəb olub.
"Yaro"nun rus futbolçuları - qapıçı Sergey Lazarev və yarımmüdafiəçi Sergey Yeryomenko rəqib azarkeşlərin təhqirinin qurbanı olublar. Maraqlıdır ki, Yeryomenko Finlandiya vətəndaşlığına malikdir - o, "suomi" millisinin keçmiş oyunçuları Aleksey və Romanın kiçik qardaşıdır.
Mühafizəçilər problem yaradanları müəyyən edib və rusları təhqir etməkdə xüsusilə fəal olan 7 azarkeşi tribunadan uzaqlaşdırıblar. TPS klubunun direktoru Kim Ekroos daha sonra pərəstişkarların davranışına görə rəsmi olaraq üzr istəyib.
Mirağa