Oktyabrın 7-də MDB üzvü olan ölkələrin liderləri Moskvaya gələcək.
Editor.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib. O qeyd edib ki, dövlət rəhbərləri Rusiya prezidenti Vladimir Putinlə görüşəcək və Birlik sammitində iştirak edəcəklər.
Peskov Putinin günün ikinci yarısında qeyri-ictimai işgüzar danışıqlar aparacağını, axşam isə MDB ölkələrinin liderlərinin Rusiya lideri ilə görüşəcəyini bildirib. Bundan əlavə, mətbuat katibi əlavə edib ki, gələn həftə MDB-yə üzv ölkələrin Başçıları Şurasının kifayət qədər dolğun gündəliyi olan tam formatlı iclası olacaq.
//Samir Qurbanov, Editor.az