RU

ABŞ mətbuatı: Paşinyan niyə daha Vardanyanı dəstəkləmək istəmir?

Tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında “Paşinyan niyə daha Vardanyanı dəstəkləmək istəmir?” sərlövhəli məqaləsi yayımlanıb.

SİA-nın əldə etdiyi məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, məqalədə Ermənistanın baş naziri Paşinyanın Rusiyanın Ermənistan siyasətində, xüsusilə də mövcud hakimiyyəti devirmək cəhdlərində Vardanyanın da müəyyən rolunun olması ehtimalını nəzərə alaraq onun Azərbaycan məhbusluğunda qalmasından narahatlıq keçirmədiyi diqqətə çatdırılıb. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana son səfərindən ermənilərin ehtiyatlandığı, bunu özlərinin Moskvadan uzaqlaşmaq məqsədlərinə təhlükə kimi gördükləri yazılıb.

Eyni zamanda, Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləyərək bu ölkəyə humanitar yardım göndərən, Qərbi Rusiya neftindən və qazından asılılıqdan xilas edən çoxvektorlu siyasətinə də ermənilərin düşmən münasibət bəslədiyi qeyd olunub.

Politoloq Ukraynanın NATO-ya daxil olmaq istəyinin nəticələrini görən Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunu ağıllı addım kimi dəyərləndirib.

Müəllifin fikrincə Ermənistanın Rusiyadan uğurla uzaqlaşması Azərbaycanla sülh müqaviləsi bağlamasından asılıdır.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://foreignpolicyblogs.com/2024/10/01/why-pashinyan-does-not-want-to-support-vardanyan-anymore/

Избранный
9
6
sia.az

10Источники