RU

Xatirə Kitabının Xüsusi buraxılışının təqdimat mərasimi keçirildi

Image

Nəzakət Məmmədova: "Gözlər yollardan yığılmır, analar hələ də gözləyir" 


Oktyabrın 4-də Bakı Ekspo Mərkəzində, Lütfi-zadə təqdimat zonasında Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyasının Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən “Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın İşçi qrupu ilə birgə hazırladığı əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı dörd cildliyin (iki dildə) dördüncü cildinin təqdimatı keçirildi. 

Xatirə Kitabının Xüsusi buraxılışının IV cildinin təqdimatında (Xatirə Kitabı Xüsusi buraxılış)   əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların yaxınlarını, ailə üzvləri də iştirak edirdi. Açılış mərasimində çıxış edən Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova bildirdi ki, gözlər yoldan hələ yığılmayıb, analar bala yolu gözləyir. N. Məmmədova qeyd etdi ki, azad ərazilərdə toplu məzarlıqlar aşkarlanıb,  adları dörd cildlikdə olanların bəzilərinin də qalıqları tapılıb. N. Məmmədova "axtarışlar hələ də davam edəcək. Gözlər yollardan yığılmır, analar hələ də gözləyir. Burada da  balasını itirmiş analara birgəyik"-deyə bildirdi.

N. Məmmədova Xatirə Kitabı redaksiyasının indiyə qədər gördüyü işlərdən çap etdiyi kitablardan danışdı. Xatirə Kitabı Redaksiyasının əməkdaşı Hikmət Məlikzadə çıxış etdi. H. Məlikzadə bildirdi ki, Vətən müharibəsindən sonra itkin və əsir düşmüş bəzi vətəndaşların nəşrləri tapıldı. 

Şair İlham Qəhrəman da çıxışında qeyd etdi, Xatirə Kitabı Redaksiyası böyük missiyanı yerinə yetirirlər və şəhidlərimizin adlarını əbədiləşdirilir. Şair "Oğullar" şeirini və Vətən müharibəsindən sonra yazdığı bayatıları oxudu. Gənc ifaçı Amin Əsgərli vətənpərvərlik ruhunda mahnılar ifa etdi. Əqli Mülkiyyət Agentliyinin əməkdaşı Amaliya Qəmbərova də çıxış edərək redaksiya ilə agentlik arasında əməkdaşlığı  qeyd etdi və bildirdi ki, indiyə qədər nəşr olunan  cildliklər,  şəhidlər haqda ayrı-ayrı kitablar təmsil etdiyi qurumun kitabxanasına hədiyyə edilib.

Omdsaman aparatının əməkdaşı Azadə Novruzova çıxışında dedi ki, belə bir missiyanı üzərinə götürmək böyük məsuliyyət tələb edir, eyni zamanda bu bir vətənpərvərlik örnəyidir. O, vurğuladı ki, "Qərbi Azərbaycan" şəhidləri kitabını çapa hazırlayarkən Xatirə Kitabı Redaksiyası onlara böyük dəstək olub.

"Harda bir şəhid məzarı varsa ora vətəndir" devizi bizim dilimizdədir. Şəhid Aydın Abdullayevin atası Əmirsoltan Abdullayev də çıxış etdi və Xatirə Kitabı Redaksiyasının fəaliyyəti barədə geniş danışdı. Gözləri yolda qalan analar, atalar, bacı, qardaşlar var və əzizlərinin nəşrinin tapılacağı günü gözləyirlər...  Tədbirin sonunda Xatirə Kitabının Xüsusi buraxılış itkin və əsir düşmüş, girov götürülmüş insanların ailə üzvlərinə təqdim edildi. 

İradə SARIYEVA






Избранный
17
baki-xeber.com

1Источники