RU

Cəbrayılda Şəhər Günü - Fotolar

Bildiyimiz kimi, bu gün Cəbrayıl Şəhəri Günüdür.
Sitat.info Qafqazinfo.az-a istinadən bildirir ki: "Qafqazinfo”nun Cəbrayıla ezam olunmuş müxbirinin verdiyi məlumata görə, əlamətdar gündə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Cəbrayıl şəhərində konsert proqramı təşkil olunub. 
Tədbirdə mədəniyyət naziri Adil Kərimli, Prezidentin Qubadlı, Cəbrayıl və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev, ziyalılar, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, Cəbrayıl sakinləri iştirak ediblər. 
Şəhər sakinləri və qonaqlar konsertdən öncə Cəbrayılın qədim və müasir tarixinə, mədəni irsinə əsaslanaraq təşkil edilmiş sərgi ilə tanış olublar. Burada azyaşlıların növbənöv əl işləri, xalça toxuma sənəti, boyama və s. kimi müxtəlif incəsənət nümunələri nümayiş etdirilib.

Избранный
2
1
sitat.info

2Источники