Oktyabrın 4-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.
XALQ.AZ xəbər verir ki, Milli Məclisin deputatı Jalə Əliyeva komitə iclasında çıxış edərək komitənin payız sessiyası üçün iş planının layihəsini müsbət qiymətləndirib, iş planı ilə bağlı təkliflərini səsləndirib. Təklif olunan qanun layihəsindəki dəyişikliklərin əhəmiyyətini qeyd edərək bəzi aktual məsələlərinə və müvafiq qanunvericiliyin təkmilləşdirilməsinə dair fikirlərini bölüşüb.