RU

Azərbaycanda oyun zamanı xəsarət alan futbolçunun son vəziyyəti açıqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan I Liqasının IV turunda doğma meydanda "Zaqatala" komandası ilə oyunda başından xəsarət alan "Mingəçevir"in futbolçusu Tural Məmmədzadənin həyati təhlükəsi yoxdur.
Bu barədə "Report"a bölgə təmsilçisinin baş məşqçisi Ədəhim Niftəliyev məlumat verib.
Mütəxəssis futbolçunun xəstəxanadan evə buraxıldığını və durumunun müsbətə doğru dəyişdiyini söyləyib:
"Hər şey qaydasındadır. Həkim ev şəraitində müalicə almağı tapşırıb. Bir neçə gündən sonra başına qoyulan tikişlər söküləcək. Rəqib oyunçu ilə toqquşmadan sonra başından ciddi zədə almışdı və qan açılmışdı. Buna baxmayaraq, meydana qayıtmaq istəyirdi. Lakin həkim icazə vermədi. Xəstəxanada rentgendən keçib, beyni ilə bağlı təhlükə yoxdur. Başına tikişlər qoyulduqdan sonra sakit yerdə dincəlmək tapşırılıb. Həkim infeksiyaya yoluxmanın qarşısını almaq üçün dərman yazıb, müəyyən qadağalar qoyub".
Ə.Niftəliyev futbolçunun məşqlərə nə vaxt qayıda biləcəyi barədə sualı da cavablandırıb:
"Həkimin dediyinə görə, ən azı bir ay futbol oynamamalıdır. Amma 2-3 həftəyə yüngül məşqlərə qoşula bilər. Əsas odur, həyati təhlükəsi, beyin silkələnməsi yoxdur. Özü ilə danışdım, ağrılar var və müəyyən müddət olacaq. Qalan hər şey qaydasındadır".
Qeyd edək ki, "Mingəçevir" - "Zaqatala" matçı qonaqların 2:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Избранный
12
5
oxu.az

7Источники