RU

Direktora töhmət verildi, müəllim işdən çıxarıldı

Naxçıvanda əmək intizamını və “Təhsilverənlərin etik davranış Qaydaları”nı pozan müəllim vəzifəsindən azad olunub, onun işlədiyi məktəbin direktoruna töhmət verilib.

Naxçıvan Muxtar Respublikası (MR) Təhsil Nazirliyindən verilən məlumata görə, sosial şəbəkələrdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə əmək intizamının və etik davranış qaydalarının pozulması ilə bağlı yayılan məlumatlar nazirlik tərəfindən araşdırılıb.

Araşdırma nəticəsində məlum olub ki, Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Səriyyə Nurəddin qızı Qənbərova məktəbdə sinif rəhbəri vəzifəsi və həftəlik 26 saat dərs yükü ilə təmin olunub. S.Qənbərova 2024-cü ilin sentyabr ayı ərzində əmək intizamını pozaraq işə çıxmamış, tədris başladıqdan sonra üzrlü səbəb olmadan cədvəl üzrə dərslərinin tədris etməyib.

"Cebheinfo.az"

Избранный
5
38
cebheinfo.az

5Источники