RU

“Qorxulu Tehran” qisasın Qiyamətə qalmasında maraqlıdır

“Qorxulu

İranın İsrailə raket hücumundan sonra gözlər İsrailin cavabına zillənib. Hesabatlar göstərir ki, Təl-Əviv İranın neft və nüvə, habelə digər strateji obyektlərinə zərbələr endirmək də daxil olmaqla, böyük qisas almağı planlaşdırır.

Tehran bildirib ki, bu cür inkişafa eyni şəkildə cavab verəcək. Əgər belədirsə, son böhrandan “yumşaq eniş” mümkün olmaya bilər.

Aprel ayında, İran və İsrail son dəfə yüksək riskli raundda “tit-for-tat” (dişə diş...”) ilə məşğul olanda, hər iki tərəf qısa zamanda geri çəkilmək qərarına gəlib. Bəlkə də İsraili “qələbə qazanmağa” və irəliləməyə çağıran prezident Bayden lazımi motivasiya verməyib. Lakin bu dəfə gərginliyin azaldılmasının mümkün olub-olmayacağı bəlli deyil.

Reyting.az xəbər verir ki, bu barədə “National Interest” yazıb.

ABŞ nəşrinin təhlilində qeyd olunur:

Baş nazir Benyamin Netanyahu hökuməti Tehrana təzyiq edir ki, İsrailin mövcudluq hüququna qarşı ideoloji müqavimətlə ərəb-İsrail münaqişəsinə müdaxilə etməsin, bununla İranın əsas milli maraqları arasında seçim etsin. Lakin İsrail Tehranın geri çəkiləcəyini gözləmir. Netanyahu İran xalqına ünvanladığı son mesajda İranda “insanların düşündüyündən tez” müddətdə islamçı rejimdən azad olacağını vəd edib. İran rəhbərliyi bu bəyanatı İsrailin hücuma hazırlaşması kimi qavrayıb.

Qısası, ötən ilin oktyabrından bəri Tehran müvəkkilləri ilə İsraili sıxışdıraraq onu tükəndirmək istəyir. İsraillilər isə Tehranın planlarını pozacaqlarına ümid edirlər.

Niyə İran yenidən vurdu?

2023-cü il oktyabrın 7-də başlayan HƏMAS-ın İsrailə hücumundan keçən 1 il ərzində İran və İsrail strateji səviyyədə gərginliyin azaldılması ümidi ilə taktiki eskalasiya ilə məşğul oldular. Eyni zamanda İranın əsas müttəfiqi Livandakı “Hizbullah” İsrailin şimalına raket zərbələri endirməyə başlayıb. Hücumlarını dayandırmaq üçün “Hizbullah” İsraildən Qəzzada HƏMAS-a qarşı əməliyyatlara son qoymağı tələb edib.

Hər iki silahlı qrupun baş sponsoru olan İrandakı plançılar “Müqavimət Oxu”nun bir üzvündən digərinin xilası üçün yararlansalar da, İsrail bu oyunu oynamaqdan imtina edib.

Təl-Əviv nəinki Qəzzadakı hərbi əməliyyatlarını dayandırmaqdan imtina edib, həm də Tehranı təəccübləndirən hücuma keçməyə üstünlük verib. Aprel ayında İranın Dəməşqdəki konsulluğuna hücumdan tutmuş, - iyulda HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə qədər, - keçən həftə “Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsinə qədər İsrail İranın “qırmızı xətlərini” bir-birinin ardınca keçib. Yazda İranın cavab tədbirində olduğu kimi, Ali lider Xamnəi, israillilərin birbaşa münaqişəyə cəlb olunmaq şübhələrinə baxmayaraq, istəksiz olaraq cavab vermək məcburiyyətində qalıb.

Xamnəinin fikrincə, Təl-Əviv qarşıdurmanı genişləndirərək, Birləşmiş Ştatları münaqişəyə sürükləmək ümidi və Tehranı qisas almaq məcburiyyətində qoymaqla, onun üçün tələ qurub. Tehran bu nəticədən qətiyyətlə qaçmaq istəyib. Bununla belə, Xamnəi İsrailə ikinci raket atışını təsdiqləyib.

Bu məsələdə bir sıra amillər rol oynayıb. İran “Müqavimət Oxu”nda ərəb yaraqlı qrupların, xüsusən də Livandakı “Hizbullah”ın hörmətini bərpa etməsi və Tehrandakı sərt xətt tərəfdarlarının qisas çağırışına cavab verməli idi. Axı İsrail son bir neçə ildə “Müqavimət Oxu”nun minlərlə üzvünü, o cümlədən İran İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) onlarla yüksək rütbəli əməkdaşını öldürüb.

Lakin Tehranın son raket zərbəsində əsas məqsədi məhz İranın iddia etdiyi şeydir: çəkindirmə qüvvəsini yenidən yaratmaq və Qüdsə İrana zərbə endirmək barədə düşünməzdən əvvəl iki dəfə düşünmək üçün əsas vermək. Tehran rəsmiləri İsrailin İrana təzyiq göstərməsinin təbii trayektoriyasını belə hesab edirlər. İranın İsraili çəkindirə bilib-bilməyəcəyini zaman və hadisələr göstərəcək.

Tehran eyni vaxtda iki stulda?

Dünyanın İsrailin cavabını gözlədiyi bir vaxtda İranın indiyə qədər İsraili çəkindirməyə ümid etməsinin iki əsas səbəbi var.

Qısa müddətdə İran rəhbərliyi öz evini qaydaya salmalıdır. İsraillilər kəşfiyyat üstünlüyünə malik olduqlarını dönə-dönə sübut ediblər və təkcə İrana deyil, həm də Yaxın Şərqdə İranın vəkil qruplarının içinə sızıblar. İsrailin bir-birinin ardınca dəqiq zərbə endirməyi necə bacardığını anlamaqdan ötrü İran hakimiyyətinin əvvəlcə İsrail casuslarını ciddi şəkildə təmizləməsi üçün vaxta ehtiyacı var.

İsraillə sürətlə genişlənən bu münaqişədə Tehranın səhv etməyə haqqı yoxdur. İslam Respublikası “Hizbullah”ın hərbi potensialını artırmaq üçün milyardlarla dollar xərcləyib, ancaq İsrailin bir neçə həftəlik intensiv addımlarından sonra təşkilatın ağır şəkildə dağıldığını görməmək üçün Tehrana ibrət dərsi budur: nəyin bahasına olursa-olsun, ən qısa müddətdə həddi aşmaqdan qaçmaq.

İranın müharibədən yayınmasının ikinci səbəbi qaranlıq otaqdakı qara pişiklə bağlıdır. Rejim, əksər hesablamalara görə, İran ictimaiyyətinin sərt müqaviməti ilə üzləşir. Onlar Tehranı ölkəni yeni müharibənin astanasına gətirməyə məsuliyyət daşımaqda ittiham edirlər. Xamnəi və İnqilab Keşikçilərini İranı son 30 ildə təcrid edən və iqtisadiyyatını çökdürən xarici siyasət proqramına görə söyürlər.

Bu faktları etiraf etmək və kursu dəyişməyə söz vermə İranın yeni prezidenti Məsud Pezeşkianın Nyu-Yorka son səfərinin şüarı idi. Sirr deyil ki, Xamnəi Qərblə gərginliyi azaltmaq, yeni nüvə sazişi üzrə danışıqlar aparmaq və İran iqtisadiyyatının çox ehtiyacı olan sanksiyaların yüngülləşdirilməsinə nail olmaq ümidi ilə Pezeşkianın prezidentliyə namizədliyini dəstəkləyib.

Amma Xamnəinin praktikada heç vaxt qəbul etmədiyi şey odur ki, Tehranın İsraili diz çökdürməyini regional gündəminin əsas bəndi sayır, nüvə proqramı davam etdirilir. Çətin ki, bu, Qərblə mənalı anlaşma ilə nəticələnsin. Bu, Tehran rejiminin üzləşdiyi ağrılı seçimdir və gərginliyin son raundu nədənsə möcüzəvi şəkildə daha geniş regional münaqişə olmadan başa çatsa belə, ötüb keçməyəcək.

Y. QACAR
Избранный
13
reyting.az

1Источники