RU

Voronej vilayətində neft bazasında yanğın baş verib

Voronej vilayətinin Anninski rayonunda oktyabrın 5-nə keçən gecə neft bazasında yanğın baş verib.

Herbiand.az xəbər verir ki, vilayətin qubernatoru Aleksandr Qusevin sözlərinə görə, vurulan pilotsuz təyyarənin dağıntıları nəticəsində zədələnmiş boş sisterinlər yanır.

Yanğınsöndürənlər hadisə yerindədir. İlkin məlumatlara görə, itki yoxdur.

Hadisə şahidləri yanğının şəhərin Anna kəndində yerləşən “Annanefteprodukt” MMC-nin neft bazasında baş verdiyini iddia edirlər. Voronej vilayətində yanğın xəbərindən bir neçə saat əvvəl İHA-nın hücumu təhlükəsi açıqlanıb.

Избранный
11
herbiand.az

1Источники