İranın raket hücumuna İsrailin cavabı təmkinli olacaq.
Bu barədə Amerika rəsmilərinə istinadən "Financial Times" qəzeti yazıb.
Nəşr yazır: “İsrailin cavab tədbirləri Yaxın Şərqdə eskalasiyanın yeni raundlarına səbəb olmamaq üçün kifayət qədər təmkinli olacaq”.
ABŞ rəsmilərindən birinin sözlərinə görə , İsrail hakimiyyəti münaqişəni dayandırmaq üçün İrana güclü siqnal göndərmək istəyir, lakin bu, yekun həll yolu deyil.