RU

İşğaldan azad edilən ilk şəhər Cəbrayıl ŞƏRH

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü qeyd olunur.

27 sentyabr 2020-ci il tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri işğaldan azad olunub. Qeyd esək ki, Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 90 kənd işğaldan azad edilib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Cəbrayıl şəhərinin işğaldan azad olunmasını oktyabrın 4-də xalqa müraciətində elan edib. Beləliklə, 44 günlük Vətən müharibəsində Cəbrayıl işğaldan azad edilən ilk şəhər olub.

Xatırladaq ki, 26 noyabr 2020-ci il tarixində “Cəbrayılın azad olunmasına görə” medalı təsis olunub.

Tarixi Zəfər ilə nəticələnən İkinci Qarabağ müharibəsində Cəbrayıl əməliyyatının əhəmiyyəti, o cümlədən, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücum mümkün oldu. Belə ki, Cəbrayıldan sonra Rəşadətli Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Bundan əlavə, Zəngilan, daha sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.

Bəşəriyyət tarixində böyük qalaların, strateji əhəmiyyətli şəhərlərin azad olunması necə hadisəyə çevrilib təqvimə və ictimai yaddaşlara əbədilik köçübsə, Qarabağın işğal altındakı şəhərlərinin, o cümlədən Cəbrayılın da geri alınması bizim üçün eyni məna və əhəmiyyəti ifadə edib. “Cəbrayıl azaddır!”-nidasını biz müqəddəs işimizin möhtəşəm sonluğu kimi qürurla yaşadıq.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Избранный
5
2
sesqazeti.az

10Источники